Azərbaycan Ordusu Xocavənd istiqamətində hücumu genişləndirir - Müdafiə Nazirliyi
Yeniliklərdən dərhal xəbərdar olun
"Mənəvi-psixoloji vəziyyəti və maddi-texniki təminatı yüksək səviyyədə olan Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
"Biz bu cəsarəti və döyüş ruhunu müzəffər Ali Baş Komandanımız və sarsılmaz xalqımızdan alırıq. Hazırda Xocavənd istiqamətində hücumu genişləndirən Azərbaycan Ordusu əməliyyat şəraitini nəzərdə saxlamaqla döyüşləri böyük ruh yüksəkliyi və mətinliklə davam etdirir. Qələbə bizimlədir!", - o, əlavə edib.
Oxşar xəbərlər
Anar Kərimov Mədəniyyət nazirinin vəzifəsinin icrasına başlayıb
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Mədəniyyət nazirinin birinci müavini...