Azərbaycan nümayəndə heyəti NATO PA-nın illik sessiyası çərçivəsində görüşlər keçirib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyəti və Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin üzvləri NATO PA-nın 06-09 oktyabr 2023 tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən 69-cu illik sessiyasında iştirak edib.
BAKU.WS xəbər verir ki, sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Türkiyə, Norveç, Serbiya, Danimarka, Portuqaliya, İspaniya və digər ölkələrin NATO PA-dakı nümayəndə heyətləri ilə görüşlər keçirib.
Görüşlər zamanı parlamentlərarası əlaqələr, regionda son inkişaflar və Avropanın enerji təhlükəsizliyinə dair müzakirələr keçirilib, həmçinin digər maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...