Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb.
BAKU.WS xəbər verir ki, başsağlığında deyilir:
"Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində xaincəsinə törədilmiş terror aktı nəticəsində qardaş Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Yaralananların tezliklə sağalmalarını arzu edirik.
Allah rəhmət eləsin".
Oxşar xəbərlər
Çanaqqala zəfərinin ildönümüdür
Bu gün Türkiyənin Çanaqqala zəfərinin 111-ci ildönümüdür. Birinci Dünya müharibəsində "Üçlər İttifaq" tərəfində döyüşə girən Osmanlı imperiyası Çanaqqala cəbhəs...