Azərbaycan MN: "Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.
Səfər çərçivəsində, gəmi heyətlərinin mədəni və tarixi abidələrlə tanışlıq üçün Bakı şəhərində gəzintisi, o cümlədən idman yarışı üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb.
***12:14
Rusiyanın "Tatarıstan" raket gəmisi Bakı limanına gəlib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Beynəlxalq Dəniz Vağzalında Xəzər donanmasının gəmisinin təntənəli qarşılanma mərasimi olub.
"Tatarıstan" raket gəmisinin Rusiya donanması gəmilərinin Xəzər dənizinin mərkəzi və cənub hissəsində illik reydi çərçivəsində Bakı limanına gəldiyi bildirilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...