Azərbaycan MN: "Ermənistan sərhədə artilleriya qurğuları cəmləşdirir"

Azərbaycan MN: Ermənistan sərhədə artilleriya qurğuları cəmləşdirir
Siyasət 137

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bildiririk ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Son xəbərlər