Azərbaycan lideri: "Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib.
"Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarı ilə Qafqaza sülh gətirəcək, uzunmüddətli sülh gətirəcək. Baxmayaraq ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi, 1 milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdü, ərazilərimizin təxminən 20 faizi işğal altında idi və işğal edilmiş ərazilərdə demək olar bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb", - dövlət başçısı qeyd edib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...