Azərbaycan IMF ilə iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılmasını müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Beynəlxalq Valyuta Fondu (IMF) ilə iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılmasını və dayanıqlı maliyyə imkanlarının təmin edilməsini müzakirə edib.
Bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə baş tutub.
Tərəflər həmçinin vergi islahatları, dövlət-özəl tərəfdaşlığının, şəffaflığın və iqlim fəaliyyətinin gücləndirilməsi, həmçinin dövlətə məxsus müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparıblar.
Görüş zamanı Fondun Azərbaycan üzrə missiyasının fəaliyyəti üzrə nəticələrin təqdimatı olub.
Beynəlxalq təşkilatın nümayəndə heyətinə Azərbaycanda iqtisadi artım, inflyasiya, idxal və ixrac göstəriciləri, maliyyə sektorunda çağırışlar haqqında məlumat verilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...