Azərbaycan ilə Meksika əməkdaşlığı möhkəmləndirmək istəyir

Azərbaycan ilə Meksika əməkdaşlığı möhkəmləndirmək istəyir
Siyasət 6

Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev bu ölkənin xarici işlər naziri Roberto Velasko Alvaresin akkreditə olunmuş diplomatik korpusla görüşündə iştirak edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Bu görüş zamanı o, Xarici İşlər Nazirliyinə (XİN) rəhbərlik etdiyi ilk 100 gününün əsas nəticələrini təqdim edib", - paylaşımda bildirilib.

Görüşün sonunda S. Fətəliyev ilə R. Alvares arasında fikir mübadiləsi aparılıb:

"Azərbaycanın Meksika ilə dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirməyə davam etmək marağı bir daha təsdiqlənib".

Son xəbərlər