Azərbaycan hərbi helikopteri Türkiyədə təcili eniş etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Mİ-17 tipli helikopter bu gün Bakı vaxtilə saat 20:00 radələrində Türkiyənin Giresun rayonunun Tirebolu ilçəsi ərazisində təcili eniş edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumatda hərbi helikopterin Yalıköy kəndi yaxınlığındakı dəniz sahilinə endiyi bildirlib.
Helikopterin Amasyadakı “Merzifon” Hərbi Hava Qüvvələri bazasına getdiyi qeyd olunub.
İlkin məlumata əsasən, Mİ-17-nin təcili enişinə mühərrikində yaranan problemlər səbəb olub. Hadisə nəticəsində heç kimin xəsarət almadığı bildirilib.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...