Azərbaycan Hərbi Hava Qüvvələrində xüsusi məşqlər keçirilib - FOTO

Azərbaycan Hərbi Hava Qüvvələrində xüsusi məşqlər keçirilib - FOTO
Foto
Siyasət 83

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) Zenit-Raket Qoşunlarında döyüş atışlı təlim-məşqləri keçirilib.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, S-125 zenit-raket komplekslərinin döyüş heyətləri şərti düşmən hədəflərini aşkarlayaraq praktiki atışlarla onları məhv edib.

Şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib.

Son xəbərlər