Azərbaycan Gürcüstanla Kür çayı ilə bağlı müqavilə imzalayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Gürcüstanla Kür çayında su ehtiyatları və ondan istifadədə məlumatların mübadiləsi ilə bağlı müqavilə imzalamaq istəyir.
Bunu BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, müqavilənin tez bir zamanda imzalaması hədəflənir: “Kür çayında qar ehtiyatları, hövzədə olan vəziyyət bizim üçün önəmlidir. Biz daha dəqiq biləcəyik ki, Kür çayının Azərbaycandan yuxarı hissələrində yaz dövründə nə qədər su gözlənilir. Bu sudan istifadəçilər üçün dəqiq proqnoz verməyə imkan verəcək”.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...