Azərbaycan gələn il Türk Dövlətləri Təşkilatına sədrlik edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan gələn il Türk Dövlətləri Təşkilatına (TDT) sədrlik edəcək.
BAKU.WS xəbər verir ki, bunu report-a müsahibəsində TDT Baş katibinin müavini Ömer Kocaman deyib.
O vurğulayıb ki, TDT Birinci Türkoloji Qurultayın 100-cü ildönümündə Bakıda böyük bir konqres keçirmək və bu konqresdə ortaq türk əlifbasını bütün dünyaya təkrar elan etmək planlaşdırılır:
"Ortaq dil və əlifba həmişə müzakirə mövzusu olub. Bu istiqamətdə müxtəlif işlər də həyata keçirilib. Hazırda bununla bağlı çox mühüm irəliləyiş var. Türk dövlətləri tarixində ilk dəfə 34 hərfdən ibarət əlifba qəbul olunub. 1926-cı ildə Bakıda bir qurultay olmuşdu (Birincu Türkoloji Qurultay - red.) və bu tədbirdə ortaq əlifba qəbul edilmişdi. İndi 2026-cı ilə doğru gedirik, yəni qurultayın 100-cü ilinə. Hesab edirəm ki, 100-cü ildə ortaq əlifba məsələsini birdəfəlik həll etməliyik. 100-cü ildə TDT-yə sədrlik Azərbaycana keçəcək və biz 2026-cı ildə 100 il əvvəl olduğu kimi Bakıda böyük bir konqres keçirəcəyik. Orada ortaq əlifbanı dünyaya təkrar elan etmək istəyirik".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pr...