Azərbaycan Ermənistanla qeyd-şərtsiz delimitasiya prosesinə başlamağa hazırdır
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən Azərbaycanın Ermənistanla delimitasyia və demarkasiya prosesinə qeyd-şərt olmadan başlamağa hazır olduğunu nəzərə çatdırdım”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
C. Bayramov deyib ki, yüz minlərlə insanın azad olunmuş torpaqlara qaytarılmasının, təhlükəsizliyi təşviq edən şəraitin yaradılması önəmlidir: “Bu istiqamətdə də müzakirələr oldu. Bütün bunlar Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq gündəliyinin nə dərəcədə geniş olduğunu göstərir. İnanırıq ki, bu görüşdə aparılan müzakirələr yaxın aylarda nəticələr verəcək”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Şarl Mişel birgə mətbuat konfransı keçirib - VİDEO - YENİLƏNİB
İyulun 18-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbu...