Azərbaycan-Ermənistan sərhədindəki gərginlik Lavrov və Bayramovun müzakirə mövzusu oldu

Azərbaycan-Ermənistan sərhədindəki gərginlik Lavrov və Bayramovun müzakirə mövzusu oldu
Siyasət 256

Xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

XİN-dən BAKU.WS-ə verilən məlumata görə, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.

Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.

Son xəbərlər