Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundunun keçiriləcəyi məkan açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan və Ermənistan ikitərəfli danışıqların növbəti raundu ilə bağlı təklifi qəbul ediblər”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
“Bizim bu ölkələr arasında sülh müqaviləsinin hazırlanmasında Azərbaycan Respublikası və Ermənistan Respublikasına istənilən köməkliyi göstərmək səylərimiz azalmır. Tərəflər ikitərəfli danışıqların növbəti raundunun ərazimizdə keçirilməsi ilə bağlı təklifimizi qəbul etdilər. Hər şey nəhayət razılaşdırıldıqda və bu məlumatı dərc edə biləcəyimiz zaman konkret tədbirlərin tarixlərini açıqlayacağıq”, - Zaxarova qeyd edib.
Xatırladaq ki, Vətən müharibəsindən sonra tərəflər ali səviyyədə Moskvada, Soçidə, Brüsseldə, Praqada, Münxendə görüşlər keçiriblər.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...