Azərbaycan Əlcəzair ilə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Əlcəzair arasında enerji, sənaye, turizm, KOB, tranzit, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr nazirin İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Əlcəzairin maliyyə naziri Abdelkrim Bouzred ilə görüşündə baş tutub.
Görüşdə həmçinin iki ölkə arasındakı iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər, ticarət və investisiya sahəsində işbirliyinin genişləndirilməsi və onun formalaşdırılması imkanları qeyd edilib.
İslam İnkişaf Bankı Qrupunun (@isdb_group) İllik Toplantıları çərçivəsində Əlcəzairin maliyyə naziri Abdelkrim Bouzred ilə görüşümüzdə ölkələrimizin #iqtisadi əməkdaşlığının gündəliyində olan məsələləri, #ticarət və #investisiya sahəsində işbirliyinin genişləndirilməsi və… pic.twitter.com/ceTViNFKIm
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 16, 2026
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...