Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə birgə fəaliyyət göstərəcək - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə enerji səmərəliliyi üzrə qlobal əməkdaşlığa nail olmaq üçün birgə fəaliyyət göstərəcək.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolla neft-qaz bazarındakı vəziyyət, Azərbaycanın Avropanın enerji təchizatında mövcud və gələcək rolu, həmçinin COP29 çərçivəsində enerji sahəsində fəaliyyət gündəliyindəki məsələlər üzrə əməkdaşlığa dair maraqlı müzakirələrimiz oldu. Azərbaycanın "yaşıl enerji" zonası, "yaşıl enerji" dəhlizi təşəbbüslərinin təbliği, enerji saxlanc sistemləri, yüksək gərginlikli sabit cərəyan (HVDC) kabelləri və enerji səmərəliliyi üzrə qlobal əməkdaşlığa nail olmaq üçün IEA ilə birgə fəaliyyəti razılaşdırdıq”, – deyə P.Şahbazov qeyd edib.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...