Azərbaycan Böyük Qayıdış proqramı çərçivəsində təcrübəsini Suriya ilə bölüşüb

Azərbaycan Böyük Qayıdış proqramı çərçivəsində təcrübəsini Suriya ilə bölüşüb
Siyasət 7

Azərbaycanla Suriya arasında postmünaqişə dövründə bərpa və inkişaf sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

BAKU.WS xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Suriyanın ictimai işlər və mənzil naziri Mustafa Abdul Razzaq və Dəməşq şəhərinin qubernatoru Mahir Maruan ilə görüşüb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Görüşdə mənzil siyasəti, şəhərsalma və postmünaqişə dövründə bərpa və inkişaf sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Anar Quliyev, həmçinin Böyük Qayıdış proqramı çərçivəsində Azərbaycanın təcrübəsini bölüşüb", - paylaşımda qeyd olunub.

Azərbaycan Böyük Qayıdış proqramı çərçivəsində təcrübəsini Suriya ilə bölüşüb

Son xəbərlər