Azərbaycan - Böyük Britaniya əlaqələrinin genişləndirilməsi üçün birgə addımlar müzakirə olunub

Azərbaycan - Böyük Britaniya əlaqələrinin genişləndirilməsi üçün birgə addımlar müzakirə olunub
Siyasət 12

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" hesabında məlumat paylaşılıb.

Görüş zamanı tərəflər Azərbaycan və Böyük Britaniyanın dostluq münasibətlərini müzakirə ediblər.

Onlar, həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsi üçün birgə addımları müzakirə ediblər. Regionda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş əməkdaşlığın daha da gücləndirilməsi vurğulanıb.

Son xəbərlər