Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
"Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 2026-2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb".
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, bu sənəd inklüziv sosial-iqtisadi artımın və insan kapitalının inkişafı, ekosistemlərin, iqlimə davamlılığın, səmərəli "yaşıl keçid"in təşviqi kimi strateji prioritetləri ehtiva edir.
"BMT-nin yaradılmasının 80-ci ildönümünə həsr edilmiş tədbirdə Azərbaycan-BMT əlaqələrinin dinamik xarakterini və qarşılıqlı etimada əsaslandığını məmnunluqla vurğuladıq. Bu tərəfdaşlıq davamlı irəliləyiş üçün yeni imkanlar və ölkəmizin iqtisadi inkişaf modelini təkmilləşdirmək üçün effektiv dəstək mexanizmləri yaradır. Birgə fəaliyyətin yeni mərhələsi olaraq çərçivə sənədini imzaladıq", - nazir qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) (@UN) yaradılmasının 80-ci ildönümünə həsr edilmiş tədbirdə #Azərbaycan - #BMT əlaqələrinin dinamik xarakterini və qarşılıqlı etimada əsaslandığını məmnunluqla vurğuladıq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 24, 2025
Bu tərəfdaşlıq davamlı irəliləyiş üçün yeni imkanlar və ölkəmizin… pic.twitter.com/PsM9zDdRJg
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qubadlı şəhərinin azad olunması münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında Qubadlı şəhərinin işğaldan azad olunmasının 5-ci ildönümü münasibətilə paylaşım edi...