Azərbaycan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində 10 ölkə ilə sazişlər imzalayıb

BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində 23-25 sentyabr tarixləri aralığında Azərbaycanla 10 ölkə arasında bir sıra sənədlər imzalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin yekunlarına dair "X" hesabında etdiyi paylaşımda qeyd olunub.
Bildirilib ki, Maldivlə ümumvətəndaş; Anqola, Cibuti, Dominikan (həm də rəsmi) və Surinamla diplomatik və xidməti; Bəhreynlə diplomatik və Qvineya-Bisau ilə diplomatik, xidməti və xüsusi pasporta malik vətəndaşların vizadan azad edilməsi üzrə sazişlər imzalanıb.
Qeyd olunub ki, siyasi məsləhətləşmələr üzrə Benin və Qambiya ilə Anlaşma Memorandumu, Ekvador ilə isə protokol imzalanıb.
BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində, 23-25 sentyabr 2025-ci il tarixlərində Azərbaycanla 10 ölkə arasında aşağıdakı sənədlər imzalanıb:
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 26, 2025
Vizadan azad edilmə üzrə sazişlər:
🇲🇻 Maldiv – ümumvətəndaş pasportlar
🇦🇴 Anqola – diplomatik… pic.twitter.com/hpvuJdHrPG
Oxşar xəbərlər
Prezident İlham Əliyev Zəfər parkına əklil göndərib
27 Sentyabr - Anım Günündə Prezident İlham Əliyev Zəfər parkına əklil göndərib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Vətən uğrunda şəhid olanların xatirəs...
