Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi müzakirə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon və həmkarları ilə Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi, strateji əməkdaşlıq, regional proseslər, parlament diplomatiyası, eləcə də iqtisadi və humanitar tərəfdaşlıqlar barədə məhsuldar görüş keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov "X" sosial şəbəkə hesabında yazıb.
"Biz qarşılıqlı hörmət, ortaq maraqlar və konstruktiv dialoq vasitəsilə ikitərəfli əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğuladıq", - paylaşımda bildirilib.
Oxşar xəbərlər
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər v...