Azərbaycan Aİ ilə azad olunmuş ərazilərdə alternativ enerji sahəsində əməkdaşlıq edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Portuqaliyanın xarici işlər üzrə dövlət naziri Augusto Santos Silva ilə görüşüb.
BAKU.WS Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında mövcud olan ikitərəfli əlaqələri müzakirə ediblər, xüsusilə iqtisadi sahədə münasibətlərin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu qeyd ediblər. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, xüsusilə Avropa İttifaqı ilə və BMT çərçivəsində əməkdaşlıq məsələləri vurğulanıb.
Nazir Ceyhun Bayramov enerji sahəsində əməkdaşlığı qeyd edərək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu vurğulayıb. O, Avropa İttifaqı ilə alternativ enerji sahəsində əməkdaşlıq perspektivlərinə toxunub. Bu xüsusda nazir azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunduğunu bildirib.
Azərbaycanın xarici işlər naziri bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icra edilməsi və kommunikasiya xətlərinin açılması məsələləri barədə qarşı tərəfə ətraflı məlumat verib.
Tərəflər görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Azərbaycan Respublikası və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi - TAM MƏTN
İyunun 15-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər edib və Qarabağın ürəyi olan...