AZAL təyyarəsinin qəzasında öldüyü bildirilən Hafisət Çitiyeva başına gələnləri danışdı
2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan və bir ay komada qalan Hafisət Çitiyeva Baku TV-yə faciənin dəhşətləri barədə danışıb.
O, dekabrın 25-də həyat yoldaşının yanına getmək üçün həmin reyslə yola düşdüyünü bildirib:
"Təyyarəyə yoldaşımın iki bibisi ilə birlikdə minmişdim. Hadisə baş verəndə təşviş yaranmışdı, hamı qışqırırdı. Hər şey yadımdan çıxıb. Hökumənin "hər şey yaxşı olacaq" deməsi yadıma düşür".
H.Çitiyeva qəza nəticəsində belinin, sol çiyninin, qabırğalarının, döş qəfəsinin və ayağının qırıldığını bildirib:
"Belimdə implant var. Sol çiynimə görə hələ də müalicə almalıyam.
Komadan ayılanda soruşurdum ki, niyə bu vəziyyətdəyəm, heç nə başa düşmürdüm. Hələ də qorxuram, axşamlar rahat yata bilmirəm. Qəza ilə bağlı çox videoya baxmışam. Ölən insanların siyahısında mənim də adım var idi".
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
"Haber Global": "Aktau faciəsindən bir il keçdi - Azərbaycan diplomatik gücünü göstərdi"
"Qazaxıstanda AZAL (Azərbaycan Hava Yolları) sərnişin təyyarəsinin qəzaya uğramasından bir il ötür. 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yollarına məxsus sərn...