AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatın TƏHLİLİ
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Qazaxıstanın Nəqliyyat Nazirliyi Bakıdan Qroznıya uçan "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqatın ilkin hesabatını dərc edib.
"Caliber" YouTube kanalının yeni buraxılışı sözügedən hesabata həsr edilib.
"2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus 4K-AZ65 dövlət nömrə nişanlı Embraer 190-100 təyyarəsi Bakıdan Qroznıya müntəzəm reys həyata keçirib. Qroznıda uğursuz eniş cəhdindən sonra ekipaj Bakıya qayıtmaq qərarına gəlib, lakin təyyarə Qazaxıstanın Aktau hava limanı yaxınlığında idarəetməni itirib və qəzaya uğrayıb.
Qəza nəticəsində iki pilot, bir nəfər bələdçi və 35 sərnişin həlak olub. Lakin ekipajın cəsarəti və peşəkarlığı sayəsində 29 nəfəri xilas etmək mümkün olub" - deyə videomaterialda qeyd olunur.
Təyyarə qəzasına səbəb olan digər detalların ilkin hesabatı haqqında daha ətraflı "Caliber"in növbəti videosüjetində:
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...