AZAL Tel-Əvivə reysləri bərpa edəcək

AZAL Tel-Əvivə reysləri bərpa edəcək
Siyasət 0

Oktyabrın 10-dan etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək. Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırılması zamanı göstərilən anlayışa görə minnətdarlığını bildirir.

Əlavə məlumat əldə etmək üçün sərnişinlərə callcenter@azal.az elektron ünvanı vasitəsilə “Azərbaycan Hava Yolları”nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Son xəbərlər