Azad Rəhimovun oğlu Ağdamda minaaxtarma əməliyyatları həyata keçirən şirkət təsis edib

Sabiq gənclər və idman naziri Azad Rəhimovun oğlu işğaldan azad olunmuş ərazilərdə minaaxtarma əməliyyatları üzrə fəaliyyət göstərən şirkətdə çalışır.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Arif Rəhimov Ağdamda minaaxtarma əməliyyatları həyata keçirən “Safe Point” şirkətinin təsisçilərindəndir.
Hazırda şirkət Ağdamda bir neçə strateji ərazidə minaaxtarma əməliyyatlarını həyata keçirir.
Qeyd edək ki, “Safe Point” şirkəti 2022-ci ildə təsis edilib.
Xatırladaq ki, Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin də rəhbəri olub. O, paytaxtda “Formula-1” üzrə keçirilən Azərbaycan Qran-prisinin təşkilatçısı idi.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...