Ayxan Hacızadə: "Fransa XİN başçısının anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edirik"
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın XİN başçısı Jan-Noel Barroya cavab verib.
BAKU.WS xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsü "X" hesabında paylaşım edib.
"Fransanın xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı xarici ərazilərin işlərinə qarışmaqda ittiham edən şərhi Fransanın Yeni Kaledoniyanın yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdidir.
Məhz Fransa həmişə regional məsələlərə qarışıb və Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışıb", - o qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, "Bakı Təşəbbüs Qrupu" Fransanın müstəmləkə siyasətini və xarici ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir: "Bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini zəiflədir.
"Keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin öldüyü və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər əhəmiyyətsiz olduğunu nümayiş etdirir.
Bundan əlavə, Fransanın müxtəlif beynəlxalq təşkilatlardakı rol və resurslarından neomüstəmləkə siyasətinə qarşı təbliğat aparmağı hədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçün sui-istifadə etməsi mənasızdır və heç bir nəticə verməyəcək.
Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edir və pisləyirik", - o vurğulayıb.
The comment by the Foreign Minister of France @jnbarrot accusing Azerbaijan in overseas territories interference is an overt attempt to cover up France’s inaction vis-a-vis demands of indigenous population of New Caledonia.
— Aykhan Hajizada (@Aykhanh) January 25, 2025
It was France that has always interfered into the… https://t.co/Xgre4utWiG
Oxşar xəbərlər
ABŞ-də Si Cinpinin gələcək varisini hazırladığı iddia edilir
Çin Xalq Respublikasının sədri Si Cinpinin yüksək vəzifələrə etdiyi yeni təyinatlar gələcəkdə onu əvəz edəcək varisin hazırlanmasına işarə edir. BAKU.WS xəbər...