Ayxan Hacızadə ABŞ-nin yeni prezident seçimindən sonra Azərbaycanla əlaqələrinə münasibət bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ-də yeni prezident seçimindən sonra Azərbaycanla bu ölkənin gələcək əlaqələrinin necə olacağına münasibət bildirib.
"Report"un məlumatına görə, XİN rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib ki, ABŞ-də keçirilən yeni prezident seçkilərini nəzərə alaraq dəyişən administrasiyanın hansı siyasət yürüdəcəyi və hansı addımlar atacağını indidən demək çətindir.
XİN rəsmisi qeyd edib ki, Azərbaycan neft qaz ölkəsi olmasına baxmayaraq, uzunmüddətli perspektivdə "yaşıl enerji"yə keçid, karbon emissiyasının azaldılması istiqamətində müvafiq tədbirlər görməyi nəzərdə tutur.
O vurğulayıb ki, Azərbaycan "yaşıl enerji"yə keçid istiqamətində hazırda müvafiq böyük layihələr həyata keçirir:
"Bu layihələr Azərbaycanda enerji infrastrukturunun şaxələndirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...