Ayaz Mütəllibovun nəvəsi: "Babamla həmişə dünya siyasətini müzakirə edirdik"

Ayaz Mütəllibovun nəvəsi: Babamla həmişə dünya siyasətini müzakirə edirdik
Siyasət 294

"Ayaz Mütəllibov hamını sevən görkəmli insan idi. Onun ölümü bizim üçün böyük itkidir".

BAKU.WS-in Report-a istinadla məlumatına görə, bu fikirləri esk-prezidentin vida mərasimində iştirak edən nəvəsi Tahir Mütəllibov jurnalistlərə açıqlamasında deyib.

"İşlərimlə maraqlanardı, onunla hər zaman dünya siyasətini müzakirə edirdik. Sonuncu dəfə bir ay əvvəl danışmışdıq. Səhhətində yaranan problemə görə tez-tez danışa bilmirdik. Ötən gün dünyasını dəyişəndə yanında idik", - o qeyd edib.

Son xəbərlər