Avropadan türk birliyinə qarşı təxribat?! - 12 milyard avroya satılan imzanın arxasındakı gizli plan

"Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışında Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" forumundakı çıxışı müzakirə olunub.
Bildirilib ki, dövlət başçısının çıxışı Azərbaycanın Şimali Kiprə verdiyi prinsipial və ardıcıl dəstəyi bir daha nümayiş etdirib. Prezident çıxışında Kipr türklərinin öz dövlətlərinə sahib olmaq haqqını açıq şəkildə ifadə edib. Bu mövqe sadəcə bəyanat deyil, həm də konkret siyasi yanaşma kimi dəyərləndirilib.
Qeyd olunub ki, Azərbaycan iqtisadi təzyiqlərə və Avropa İttifaqının milyardlarla avroluq vədlərinə baxmayaraq, mövqeyindən geri çəkilməyib. Bəzi türk dövlətlərinin Avropa ilə münasibətləri nəzərə alaraq Şimali Kiprə dəstəyi zəiflətməsi fonunda Azərbaycanın mövqeyi xüsusi fərqlənib.
Şimali Kiprin Prezidenti Ersin Tatar da bu dəstəyə görə minnətdarlıq edib və digər türk dövlətlərini daha fəal olmağa çağırıb. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın "qardaşlıq" prinsipinə siyasi və mənəvi öhdəlik kimi yanaşdığını bir daha təsdiqləyib.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Terror üzərində möhtəşəm qələbə - "Kaspi"nin TƏHLİLİ
Türkiyəyə qarşı təzyiqlərdə istifadə edilən PKK terror təşkilatı 50 ilə yaxın davam edən münaqişədən sonra özünün ləğvini elan edib. PKK yaydığı açıqlamada qrup...
