Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi qərəz və riyakarlıqdan başqa bir şey deyil

Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi qərəz və riyakarlıqdan başqa bir şey deyil
Rəy
Siyasət 26

Avropa Parlamentinin Azərbaycana qarşı bu gün qəbul etdiyi qətnamə ikili standartlı yanaşmadan, qərəzdən və riyakarlıqdan başqa bir şey deyil.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti birinci dəfə de­yil ki, Azərbaycana qarşı qətnamə adlandırdıqları kağız parçası qəbul edir:

"Görünür, onlar hesab edirlər ki, rəsmi Bakı bölgənin güclü oyunçusuna çevrilir və bunun qarşısını almaq, təzyiq göstər­mək üçün qətnamələr qəbul etmək lazımdır. Heç kəsə sirr deyil ki, hər dəfə ölkədə mötəbər tədbirlərin, beynəlxalq konfransların, idman yarışlarının keçirildiyi ərəfələrdə bəzi dairələr Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyaları aparır. Bu ilin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində də eyni hal yaşanır. Ancaq onlar unutmasınlar ki, Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz".

Deputat bildirib ki, Avropanın ali qanunverici qurumunda heç bir əsasa söy­kənməyən, daxili mülahizələrdən, qərəzli münasibətdən çıxış edən müəyyən qrupun hazırladığı belə qətnamələrin qəbulu adi hal alıb:

"Kağız parçasında əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi hiddət doğurur. Halbuki həmin şəxslər konkret cinayət əməllərinə görə məhkəmə qərarları əsasında sax­lanılıb. Siyasi sifarişi yerinə yetirən avroparlamentarilərin həmin şəxsləri "hərbi əsir" kimi qələmə verməsi həm cinayət-prosessual qanunvericiliyin tələblərinə, həm də beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir. Sual olunur ki, qətnamədə ərazilərimizin kütləvi şəkildə minalarla çirkəndirilməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi, Qərbi azərbaycanlıların haqlı tələbləri barədə niyə bir cümlə yoxdur? Cavab isə hər kəsə tam aydındır! Riyakarlıq və ikiüzlülük".

Son xəbərlər