"Avropa Məhkəməsinin Dilqəm və Şahbazla bağlı qərarını gözləyirik" - Çingiz Hüseynov
24
iyn
2019
15:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Hazırda Avropa məhkəməsinin gündəmində Azərbaycanla bağlı hər hansı ciddi məsələ yoxdur".BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib. Onun sözlərinə görə, bütün dövlətlərlə münasibətdə şikayətlər olduğu kimi Azərbaycanla bağlı var: "Bu əsasən şəxsi heyətə hörmət, azadlıq və s. kimi hüquqlarla əlaqəlidir". Ç.Əsgərov xatırladıb ki, Çıraqovlarla bağlı qərar artıq qəbul edilib və Nazirlər komitəsinin iclasında bir dəfə baxılıb: "Növbəti dəfə bu ilin dekabr ayında bu məsələyə baxılacaq. Gözləyirik ki, Ermənistan hökuməti qərarın icrası ilə bağlı görülən tədbirlər barədə məlumat təqdim etsin və biz onu müzakirə edək. Hələlik hər hansı məlumat yoxdur. Məlum olan odur ki, Ermənistan qərarın icrasından imtina edir". "Ermənistanda saxlanılan girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şikayət Avropa məhkəməsinə göndərilib və Azərbaycan hökuməti də bu prosesdə iştirak edir. Artıq bütün kommunikasiya mərhələsi yekunlaşıb. Bu il ərzində Avropa Məhkəməsinin öz mövqeyini bildirməsini gözləyirik. Bununla yanaşı, Avropa Şurasında Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı tədbirlər keçirilib və bu həftə AŞPA-da nümayəndə heyətimiz tərəfindən Azərbaycanın bu məsələdəki mövqeyi deputatların nəzərinə çatdırılacaq".Fərid ƏDALƏT
Oxşar xəbərlər
Avropa Şurasında 47 üzv dövlətin məhkəmə sistemi müzakirə olundu – FOTO
Avropa Şurasının rəsmi saytından alınmış məlumata görə, cari ilin iyunun 13-14-də Strasburqda Avropa Şurasının 47 üzv dövlətinin rəsmilərinin iştirakı ilə keçir...