Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalarla bağlı tədbirlər hazırlayıb
Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı tədbirlər hazırlayıb və bunlar qadağalardan yayınmağa imkan verməyəcək.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen məlumat verib.
“Biz 8 sanksiya paketi hazırlamışıq. Bunlarla bağlı “boşluqlar”ı necə bağlamaq lazım olduğunu öyrənmişik. İndi biz bu yayınmaların qeyri-mümkün olması üçün tədbirləri nəzərdə tutan başqa bir paket hazırlamışıq”, - o vurğulayıb.
Ursula fon der Lyayen bildirib ki, sanksiya tətbiq olunan məhsulların Rusiyaya çatdırılmasında iştirak edən bütün vətəndaşlar və təşkilatlar Avropa Komissiyasının "qara siyahısı"na salınacaq.
O, Avropa İttifaqının ixrac qadağalarının Rusiya iqtisadiyyatına güclü təsir göstərdiyini söyləyib.
Oxşar xəbərlər
ABŞ Qod Nisanova sanksiya tətbiq etdi
ABŞ Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı sanksiyaların növbəti paketini açıqlayıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Rusiya hökumət rəsmilərinə...