Atmosferə daxil olan meteroit gecəni gündüzə çevirdi - VİDEO

Atmosferə daxil olan meteroit gecəni gündüzə çevirdi - VİDEO
Video
Siyasət 181

Meksikada atmosferə daxil olan meteorit Miçoakan, Kolima və Xalisko ştatlarında gecəni gündüzə çevirib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, adi gözlə görünən meteorit insanlarda panika yaradıb.

Meteorit keçdikcə gecənin qaranlığı bir neçə saniyə gündüz kimi aydınlanıb.

Miçoakan əyalətinin qubernatoru Alfredo Ramirez Bedolla verdiyi açıqlamada Kolima Universitetinin alimlərinin səmada görünən parlaq uçan cismin meteorit olduğunu təyin etdiklərini bildirib.

Meteoritin atmosferə girdikdən sonra alov topuna çevrildiyi anlar ətrafdakı vətəndaşlar tərəfindən anbaan lentə alınıb.

Sözügedən görüntüləri təqdim edirik:

Son xəbərlər