ATƏT sədri Azərbaycan-Ermənistan sərhədindəki son insidentlərlə bağlı bəyanat yayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son insidentlərlə bağlı bəyanat yayıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, o, sərhəddə yenidən toqquşmaların qeydə alınmasından və bunun insan tələfatı ilə nəticələnməsindən dərin narahatlığını bildirib.
“Biz tərəfləri güc tətbiqindən çəkinməyə və bu yaxınlarda başlayan mənalı siyasi dialoqu davam etdirməyə çağırırıq.
Polşa ATƏT-in sədri kimi regionda davamlı sülhün bərqərar olmasına və davamlı inkişafın təşviqinə yönəlmiş səyləri gücləndirmək üçün tərəfdaşlarla işləməyə hazırdır. Biz bununla bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləyirik”, - bəyanatda vurğulanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Türkiyənin "Anadolu" agentliyinə müsahibəsi - TAM MƏTN - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlanıb. BA...