"Astara" buraxılış məntəqəsində xarici vətəndaşların təxliyəsi davam edir
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə işləri davam etdirilir.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hazırda təxliyə olunanlar arasında Portuqaliya, Belçika, CAR, Çin, Türkiyə, İran, ABŞ və digər ölkələrin vətəndaşları var.
Məlumata əsasən, əvvəlcədən müəyyən edilmiş sənəd və qayda tələblərinə uyğun şəkildə təxliyə işləri həyata keçirilib. Daha sonra təxliyə edilən qrup Bakı şəhəri istiqamətində yola salınıb.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.
Oxşar xəbərlər
İranın səfiri: Yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir
İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu göstərdiyi həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, o bu...