Astana və Bakı urbanistika sahəsində əməkdaşlıq haqqında memorandum imzalayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Astana və Bakı rahat şəhər mühitinin inkişafına xüsusi diqqət yetirilməklə urbanistika və fasadların renovasiyası sahəsində əməkdaşlıq haqqında memorandum imzalamaq niyyətindədir.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Astana Urbanistika Mərkəzinin direktor müavini Daniyar Çindaliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bəyan edib.
Çindaliyev vurğulayıb ki, Astana şəhərinin akimi Jenis Kasımbek bu gün WUF13-də iştirak etmək üçün Bakıya gəlib.
"Nümayəndə heyətinin görüşü planlaşdırılıb. Məndə olan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətində də görüş keçiriləcək. Urbanistika və fasadların renovasiyası məsələlərinə dair memorandumun imzalanması nəzərdə tutulur. Biz bunda çox maraqlıyıq", - o deyib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...