AŞPA-nın vitse-prezidenti erməni nümayəndə heyətini Azərbaycanla birgə işləməyə çağırıb

AŞPA-nın vitse-prezidenti erməni nümayəndə heyətini Azərbaycanla birgə işləməyə çağırıb
Siyasət 92

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti Ahmet Yıldız erməni nümayəndə heyətini Azərbaycanla birgə işləməyə çağırıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə A. Yıldız AŞPA-nın qış sessiyasında çıxışı zamanı bildirib.

“Mən erməni nümayəndə heyətini yeni yanaşma göstərməyə, beynəlxalq hüquqa və BMT qətnamələrinə tabe olaraq Azərbaycanla birgə işləməyə çağırıram”, - deyə A. Yıldız vurğulayıb.

Xatırladaq ki, A. Yıldız bu gün qurumun vitse-prezidenti seçilən 17 nəfərdən biridir.

Son xəbərlər