AŞPA həmməruzəçiləri Ermənistanın hərbi təxribatları ilə bağlı bəyanat yayıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçisi Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatlarla bağlı bəyanat yayıblar.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, AŞPA-nın Ermənistan üzrə finlandiyalı həmməruzəçisi Kimmo Kiljunenin AŞPA-nın Azərbaycan üzrə avstriyalı həmməruzəçisi Stefan Şennax və britaniyalı həmməruzəçisi Rojer Gale ilə birgə yaydığı sənəddə Ermənistan və Azərbaycan təmkinli olmağa çağırılıb.
Bəyanatda həmçinin Ermənistan və Azərbaycan arasında atəşkəsin pozulmasından narahatlıq ifadə olunub: “Xatırladırıq ki, Avropa Şurasına üzv olduqları zaman sülhün yaradılması hər iki ölkənin üzərlərinə götürdükləri öhdəliklərdəndir. Ona görə də Ermənistan və Azərbaycanı təhlükəli vəziyyətdən çıxmaq və iltihablı ritorikadan çəkinmək üçün lazımi təmkin göstərməyə çağırırıq”.
"Biz həmçinin hər iki ölkəni həmsədrlərin 15 iyul tarixli bəyanatlarında göstərilən qaydada ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqları davam etdirməyə və ATƏT-in müşahidəçilərinin bölgəyə qayıtmalarına icazə verməyə dəvət edirik“, - bəyanatda vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...