Armen Qriqoryan: “Ermənistan sülhə hazırdır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Brüsseldə üçtərəfli görüşə hazırdır və ümid edir ki, bu görüş yaxın vaxtlarda baş tutacaq”.
Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə “Ermənistan-Avropa” konfransında deyib.
“Ermənistan sülhə hazırdır. Hazırkı mərhələdə İrəvan Azərbaycanla sərhədin dəqiqləşdirilməsi, respublikanın ərazi bütövlüyünün tanınması ilə bağlı dəqiqləşdirmələr aparmağa çalışır”, - deyə o bildirib.
Armen Qriqoryanın sözlərinə görə, İrəvan həmçinin dörd prinsip əsasında regionda blokadanın aradan qaldırılmasına səy göstərir. Bunlardan biri də əsirlərin qaytarılması və sülhün əldə olunması ilə bağlıdır.
“Ermənistan bu gündəm üzrə danışıqları davam etdirməyə, Brüsselə gəlməyə, son nöqtəyə çatmağa və sülh müqaviləsini imzalamağa hazırdır”, - deyə Qriqoryan qeyd edib.//oxu.az
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...