Arazdəyəndə tikilən Ermənistan-ABŞ metallurgiya zavodu başqa yerə köçürülüb

14
sen
2023
16:46
Arazdəyəndə, Azərbaycanla sərhəddə tikilən Ermənistan-ABŞ birgə metallurgiya zavodu başqa yerə köçürülüb.
Məlumata görə, müəssisənin inşası Ararat şəhəri yaxınlığındakı rayonda aparılacaq.
Yerli sakinlər işlərin dayandığını, zavodun başqa yerə köçürüldüyünü və tikinti materiallarının ərazidən daşındığını deyiblər.
Hazırda köhnə tikinti yerində ancaq qarovulçu var.
Ermənistan İqtisadiyyat Nazirliyi zavodun köçürülməsi ilə bağlı məlumatı təsdiq və ya təkzib etməyib.
“Hazırda hökumət səviyyəsində müzakirələr aparılır”, - deyə qurumdan bildirilib.//oxu.az
Oxşar xəbərlər
Xarici ölkələrin QHT-ləri Arazdəyəndə metallurgiya zavodunun inşasına etiraz olaraq bəyanat yayıblar
Bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə...