Araz çayından Təbrizə su çəkilməsi planlaşdırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Araz çayından Təbrizə su kəməri çəkilməsi planlaşdırılır.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan əyalətinin Su və Kanalizasiya Şirkətinin baş direktoru Əlirza İmanlu bildirib.
O deyib ki, Təbriz şəhərinin böyüməsi, şəhər ətrafında yeni qəsəbə və şəhərciklərin artması səbəbindən suya daha çox ehtiyac yaranıb: “Bu səbəbdən Təbrizin su təminatı üçün yeni resurslar axtarırıq. Təbrizin su probleminin həlli üçün nəzərdə tutulan layihələrdən biri də Araz çayından şəhərə su kəmərin çəkilməsidir”.
Baş direktor layihə ilə bağlı ətraflı məlumat verməyib. Ə.İmanlu layihənin tezləşdirilməsinin zəruriliyini vurğulayıb.
Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin 63 şəhər və 1500 kəndində 4 milyon əhali yaşayır.
Oxşar xəbərlər
İranlı general: Havadan Müdafiə Sistemi təyyarəni "Kruz" raketi hesab edib
Təyyarənin vurulduğu yerlə 19 kilometr məsafədə yerləşən İranın Havadan Müdafiə Sistemi təyyarəni "Kruz" raketi olaraq qiymətləndirib. BAKU.WS-in məlumatına gör...