Ararat Mirzoyan: Bakı ilə İrəvan arasında ən qısa vaxtda sülh sazişinin imzalanması üçün real şans var
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan və Azərbaycanın ən qısa müddətdə sülh sazişi imzalamaq üçün real şansları var.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV yazıb. Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Lüksemburq Böyük Hersoqluğunun baş nazirinin müavini, xarici işlər, əməkdaşlıq və xarici ticarət naziri Ksavye Bettellə birgə mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Bakı və İrəvan sülh sazişinin 16 maddəsindən 13-nü tam, qalan 3-nü isə qismən razılaşdırıb. Ermənistan Azərbaycana onuncu təkliflər paketini təqdim edib.
"Hesab edirik ki, qısa müddətdə sülh sazişi imzalamaq və Cənubi Qafqazda uzunmüddətli sabitlik səhifəsini açmaq üçün real imkan var", - o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...