Aqil Qurbanova daha bir vəzifə verildi - FOTO
Müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanova daha bir vəzifə verilib. O, “Azərsilah”ın Müşahidə Şurasının sədri təyin edilib.
Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, martın 18-də “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.
Toplantıda Müşahidə Şurasının sədri Aqil Qurbanov, Şuranın üzvləri Hidayət Əzimov və Anar Məmmədov iştirak ediblər.
İclasda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 sentyabr tarixli Fərmanından irəli gələn tapşırıqların icra statusu və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi”nin 2024-cü il üçün fəaliyyət istiqamətləri üzrə planları dinlənilərək müvafiq qərarlar qəbul edilib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...