AQEM Gənclər Şurasının 9-cu iclasının yekun sənədi qəbul olunub

AQEM Gənclər Şurasının 9-cu iclasının yekun sənədi qəbul olunub
Foto
Siyasət 41

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 9-cu iclasının yekun sənədi (Tövsiyələr sənədi) qəbul olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, sənədi iclasda iştirak edən üzv ölkələrin nümayəndələri dəstəkləyiblər.

Qeyd edək ki, iclasda ümumilikdə AQEM-ə üzv olan 17 ölkədən 120 nümayəndənin iştirak edir.

Sabah isə "AQEM gənclərinin nitq və debat yarışması" və Dünya robot "Xəzər kuboku 2026" çərçivəsində AQEM gənclərinin robototexnika yarışmasının keçirilməsi nəzərdə tutulur.

***10:40

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM Gənclər Şurasının 9-cu iclası keçirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, iclasda ümumilikdə AQEM-ə üzv olan 17 ölkədən120 nümayəndə iştirak edir.

Gənclər Şurasının 9-cu iclası "Şəhərlərin dayanıqlı inkişafında gənclərin iştirakı" mövzusuna həsr olunub.

İclas çərçivəsində müxtəlif yönlü müzakirələrlə yanaşı, Tövsiyyələr sənədinin qəbul olunması gözlənilir.

Son xəbərlər