Ankarada Azərbaycan və Türkiyə KOB-larının iştirakı ilə biznes forum keçiriləcək

Noyabrın 21-22-də Ankarada Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan “İş dünyası-100 İlin Zirvəsi 2” biznes forum-sərgi keçiriləcək.
“Report” Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasına istinadən xəbər verir ki, Azərbaycan tərəfindən müxtəlif sektorları təmsil edən 60-a yaxın KOB subyektinin iştirak edəcəyi biznes forum-sərgi Assosiasiyanın və Türkiyə Azərbaycan Dostluq Əməkdaşlığı və Həmrəylik Vəqfinin təşkilatçılığı ilə keçiriləcək.
Tədbirin məqsədi Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin möhkəmlənməsi, iki ölkənin KOB subyektləri arasında əməkdaşlığın qorunması və artmasına töhfə verməkdir.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...