Anar Eyvazov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Polkovnik-leytenant Anar Eyvazov Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.
BAKU.WS xəbər verir ki, Müdafiə Nazirliyidən Oxu.Az-a daxil olan məlumata əsasən, bununla bağlı müdafiə naziri Zakir Həsənov əmr imzalayıb.
Həmçinin Mətbuat Xidmətinin rəisi vəzifəsi Anar Eyvazova həvalə edilib.
Qeyd edək ki, nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyinat alıb.
Anar Eyvazov bu zamana qədər Müdafiə Nazirliyinin mətbuat katibi idi.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...