ANAMA: "Ermənistanın mina xəritələrini verməməsi bərpa-quruculuq işlərinə maneə yaradır"
Yeniliklərdən dərhal xəbərdar olun
İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində növbəti görüşü Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) olub.
ANAMA-dan BAKU.WS-ə verilən məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində birgə həyata keçirəcəkləri faktaraşdırıcı missiya və tarixi-mədəni abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı ANAMA-nın sədri Vüqar Süleymanovla görüşən qonaqlar ərazilərin minalardan təmizlənməsi mövzusunda geniş müzakirələr aparıblar.
ANAMA-nın sədri Ermənistanın mina xəritələrini təqdim etməməsinin nəticəsi olaraq, insanların həyat və sağlamlığında yaratdığı ciddi təhlükələri diqqətə çatdırıb.
Görüşdə bildirilib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından uzun müddət keçməsinə baxmayaraq, Ermənistan tərəfindən mina xəritələrini təqdim etməməsi səbəbindən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri istiqamətində dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsində maneələr yaranır.
Qeyd edək ki, faktaraşdırıcı missiya çərçivəsində nümayəndə heyəti işğaldan azad edilmiş bölgələrə səfər edəcəkdir.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...