Anaklaudia Rossbax: "Mənzil böhranının həlli üçün özəl sektor və hökumətlər birləşməlidir"

Anaklaudia Rossbax: Mənzil böhranının həlli üçün özəl sektor və hökumətlər birləşməlidir
Siyasət 18

Mənzil böhranının həlli üçün özəl sektor və hökumətlər birləşməlidir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda dünya ciddi mənzil böhranı ilə üz-üzədir və bu problemin aradan qaldırılması üçün bütün tərəflərin koordinasiyalı fəaliyyəti tələb olunur:

"Forumun əsas məqsədi mənzil sahəsində mövcud problemlərin həlli üçün müxtəlif səviyyələrdə siyasət və praktiki mexanizmlərin hazırlanmasına töhfə verməkdir. Dünyanın müxtəlif ölkələrində insanlar qeyri-formal yaşayış məntəqələrində yaşayır, ev almağa və ya kirayə götürməyə maddi imkan tapmır, bəziləri isə küçələrdə yaşayır. WUF13 çərçivəsində bu problemlərin həlli istiqamətində konkret yanaşmaların formalaşdırılması gözlənilir".

A. Rossbax vurğulayıb ki, mənzil böhranının həlli yalnız hökumətlərin səyi ilə mümkün deyil: "Bizə özəl sektor, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları və güclü milli siyasətlər lazımdır. Bu böhranın aradan qaldırılması üçün geniş əməkdaşlıq vacibdir".

Son xəbərlər